Andhra-Pradeşin bölünməsinə etiraz  edilir
01 avqust 2013 05:52 (UTC +04:00)

Andhra-Pradeşin bölünməsinə etiraz  edilir

Hindistanın cənubunda Andhra-Pradeş ştatı parçalanan günün səhəri əyalətdə  kütləvi etiraz aksiyası keçirilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu ştatının bir hissəsi Telaqan əyaləti olacaq. Andhra-Pradeşin əsas əhalisini teluqu xalqı təşkil edir.

 

Yerli parlamentin bəzi deputatları ştatın parçalanmasına etiraz olaraq, istefa verib. Andhra-Pradeşdə məktəblər və müəssisələr hökumətin qərarına etiraz əlaməti olaraq bağlanıb.

 

Telanqan ştatı indiki Andhra-Pradeşin iki yerə – Cənub və Şimal hissəyə bölünməsi nəticəsində yaranacaq.

 

Hökumətin qərarı Hindistan parlamenti və ştatın yerli  assambleyasında müzakirə olunub, təsdiqləndikdən sonra qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar