Amurun səviyyəsi daha 14 sm qalxıb
23 avqust 2013 07:12 (UTC +04:00)

Amurun səviyyəsi daha 14 sm qalxıb

 

Cümə günü gecə saatlarına olan məlumata əsasən Xabarovskda Amur çayının səviyyəsi 716 sm qalxıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, son bir sutkada həmin rayonda çayın səviyyəsi 14 sm artıb.

***

07.25

Avqustun 22-də səhər Xabarovskda Amur çayının səviyyəsi 702 sm. olub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 21-də səhər isə 688 sm təşkil edib.

 

Hazırda Xabarovsk diyarında fövqəladə vəziyyət rejimidir. Hakimiyyət bildirib ki, suyun səviyyəsi 780 sm olanda əhalinin kütləvi köçürülməsinə başlayacaq.

 

Mənbənin məlumatına əsasən, Xabarovskla yanaşı, vəziyyət Yəhudi muxtar vilayəti və Maqadanın bir sıra rayonlarında mürəkkəbdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Oxşar yazılar