Ammiak zavodundakı partlayış Xayfa anbarını yada salıb
19 aprel 2013 02:15 (UTC +04:00)

Ammiak zavodundakı partlayış Xayfa anbarını yada salıb

Texasda ammiak zavodunda baş vermiş partlayışdan sonra İsrail siyasiləri, təbiəti mühafizə fəalları və ictimai xadimlər ölkənin Xayfa rayonundakı ammiak anbarının təcili yığışdırılmasını tələb edirlər.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ekologiya naziri Əmir Perets anbarın daha tez yığışdırılması işinə başlamağa çağırıb.

 

Parlamentin ekologiya və daxili işlər üzrə komissiyasının sədri Miri Regyev bu təklifi dəstəkləyərək, uyğun qanunun irəli sürülməsi niyyətində olduğunu bildirib.

 

İsrail televiziyası aprelin 18-də axşam buraxılışında anbarın Negyev çöllüyünə köçürüləcəyi ehtimalı haqda məlumat yayıb.

 

Ammika anbarının operatoru «Xayfa Kimikalim» şirkəti hələlik bu xəbəri şərh etməyib.

Xayfa limanı ölkəyə idxal olunan ammiakın saxlanıldığı yeganə yerdir.

 

Mənbənin bildirdiyinə əsasən, İsrail ictimaiyyətini Xayfa körfəzindəki ammiak mərkəzi çoxdandır rahatsız edir. Çoxları xəbərdarlıq edərək, vurğulayır ki, əgər 2006-cı ilin yayında «Hizbulla»nın raketləri bu kompleksə düşsə idi, o zaman onun nəticələri daha ağır olardı.

 

Başqa bir təhlükə isə Xayfa hava limanına təyyarələrin enməsi ilə bağlıdır. 2008-ci ilin avqustunda yüngül təyyarə ammiak anbarının bir neçə on metrliyində partlaması da təhlükəyə örnəklərdən sayılır. 

# 609
avatar

Oxşar yazılar