Amerikadan Ərdoğana xəbərdarlıq
22 aprel 2013 00:01 (UTC +04:00)

Amerikadan Ərdoğana xəbərdarlıq

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Türkiyə  səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın gözlənilən Qəzza səfəri ilə bağlı suala cavab verən Kerri deyib: “Hər iki baş nazirlə bu məsələni müzakirə etdik və bu səfərin bir az ertələnməsinin məqsədəuyğun olacağını söylədik. Təbii ki, baş nazir istədiyi zaman istədiyi yerə getməkdə sərbəstdir. Amma uyğun şərtlərin hazır olmasını gözləməyin tərəfdarıyıq”.

 

# 5139
avatar

Oxşar yazılar