Almaniyada nəhəng «Bauer Media Group» nəşriyyatı «Lanser» jurnalının buraxılışını dayandırdığını elan edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu dərgi özünün nasist çıxışları ilə tanınıb.
Antisemitzmə qarşı mübarizə aparan hüquq müdafiə təşkilatı Simon Sizentalya Mərkəzi də jurnalı Holokost olaylarının nəticələrini kiçiltməyə cəhddə ittiham edib.
Nəşriyyat isə ünvanına söylənilən ittihamları rədd edərək, bildirib ki, dərgi nəşriyyat evinin konsepsiyasına artıq daxil olmadığı üçün fəaliyyətini dayandırıb.
Mənbə bildirib ki, alman dilindən tərcümədə «landser» «sıravi» deməkdir. Jurnal İkinci dünya savaşı illərində vermaxt əsgərlərini tərənnüm edərək, onlar barəsində romantik yazılar dərc edib.
1950-ci illərdə yarımmilyon nüsxə çap olunan bu dərgi son zamanlar bir neçə min tirajla çap olunub, satılırmış. Bununla belə jurnalın ölkədəki ekstremist sağçılar arasında hələ də məşhur olduğu bildirilib.