Almaniyanın Bavariya bölgəsinin İnqoştadt şəhərində bələdiyyə binasında şəxsiyyət hələ ki məluma olmayan şəxs bir neçə saatdır hakimiyyət təmsilçiləri də daxil olmaqla bir neçə nəfəri girov götürüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, artıq şəhər valisinin müavini Zepp Misslbek girovluqdan sərbəst buraxılıb. Hazırda onun əlində hakimiyyəti iki təmsilçisi onun əlində girovdur.
Kansler Angela Merkel Bavariya federal torpağının baş naziri Xorst Zeehoferla planlaşdırdığı görüş təxirə salıb.
Polisin verdiyi məlumata əsasən, basqınçı 24 yaşlı işsizdir. O, hələlik istəklərini bildirməyib.
9 saatdan artıqdır bina mühasirəyə alınıb.
Asayiş keşikçiləri onu da bildirib ki, basqınçı şəhər merini ikinci mərtəbədə girov saxlayır.