Almaniyanın Haydelberg şəhərindəki binalardan birində şəxsiyyəti bilinməyən bir nəfər atəş açmağa başlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində 3 nəfər həlak olub, 5 sakin xəsarət alıb.
Atəş başa çatdıqdan sonra o, özünü güllələyib.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlum yoxdur. Polis araşdırma aparır.