Son 11 ay ərzində (2012-ci ilin iyulundan 2013-cü ilin mayınadək)Almaniya İrana taxıl ixracı artırıb.
Lent.az-ın «advis.ru»-ya istinadən məlumata görə, Avropa Birliyinin Tehran hakimiyyətinə sanksiyalar fonunda göstərilən müddətdə İslam Respublikasına 1,15 milyon ton taxıl ixrac edilib. Bu da əvvəlki 11 ayla müqayisədə 372 min ton çoxdur.