Albaniya Əsədin kimyəvi silahını ölkəyə buraxmadı
16 noyabr 2013 04:11 (UTC +04:00)

Albaniya Əsədin kimyəvi silahını ölkəyə buraxmadı

Rəsmi Tirana Suriyadakı kimyəvi silahların Albaniya ərazisində məhv edilməsi barədə ABŞ-ın təklifini rədd edib.


Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Albaniyanın baş nazir Edi Rama mətbuat konfransında deyib ki, Albaniya bu əməliyyatda iştirak edə bilməz.

 

Xatırladaq ki, bir müddət öncə, kimyəvi silahın ölkə ərazisində məhvinə qarşı Albaniyada etiraz aksiyası keçirilib.

Suriyanın kimyəvi silahlarının  məhv edilməsi ilə bağlı bir neçə ölkənin ərazisi nəzərdən keçirilir. Onlardan biri Albaniyadır. Ancaq Albaniyada buna  güclü narazılıq var. Paytaxt Tiranada yüz minlərlə adam hökumət binasının qabağına toplaşıb, baş nazirin nə deyəcəyini gözləyirdi.

Suriyanın kimyəvi silahları gələn il iyunun 30-na kimi məhv edilməlidir.

Kimyəvi Silahların Qadağanı üzrə təşkilat noyabrın 15-də yaranmış vəziyyəti müzakirə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar