Ailəsi keçmiş dəniz piyadasının azadlığını istəyib
30 aprel 2013 05:52 (UTC +04:00)

Ailəsi keçmiş dəniz piyadasının azadlığını istəyib

İran həbsxanasında saxlanılan, ABŞ-ın keçmiş dəniz piyadası Əmir Hikmətinin ailə üzvləri dövlət katibi Con Kerridən onun azad edilməsi üçün fəaliyyət göstərməsini istəyib.

Lent.az-ın «MigNews»-a istinadən məlumatına görə, dustağın anası, bacısı və yeznəsi Hikmətinin atasının baş beyin nahiyəsində xərçəng xəstəliyi olmasını nəzərə alaraq,  İslam Respublikası rəhbərliyinin humanist addım ataraq, onu sərbəst buraxmasını  Tehran hakimiyyətindən istəyib.

«Biz ümidvarıq ki, Tehran hakimiyyəti, İranda, ailənin böyük oğlunun roluna hörmət edilən bir ölkədə Əmirin evinə qayıtmasına icazə verəcək. Çünki atası vəfat edəcəyi halda ailə başsız qalacaq. İnanmaq istərdik ki, ailə vəziyyəti nəzərə alınmaqla onun azad edilməsi üçün çıxış yolu tapılacaq»- deyə, Hikmətinin ailə üzvlərinin müraciətində vurğulanıb.

Xatırladaq ki, o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə «casusluq» etməkdə ittiham olunur. Rəsmi Vaşinqton isə bu ittihamları rədd edib.

 

# 545
avatar

Oxşar yazılar