50 ilə yaxın Ağ evdə jurnalist işləmiş Helen Tomas 93 yaşın Vaşinqtonda vəfat edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, uzun sürən ağır xəstəlikdən sonra mənzilində həyatdan köçüb.
Helen Tomas ABŞ-ın 10 prezidenti ilə işləyib. O, siyasilərə mürəkkəb və sərt suallar verməsi ilə yadda qalıb. H.Tomas Ağ evdə keçirilən mətbuat konfranslarında iştirak edən ilk qadın jurnalistdir.
O, öz jurnalist karyerinə Vaşinqtonda çıxan kiçik bir qəzetdən başlayıb. 1961-ci ildə onu Ağ evə dəvət ediblər. Oradan o, «Yunayted press interneşnl»-ə və «Hearst Corporation» holdinqinin bir neçə qəzetinə yazıb.
2010-cu ildə 90 yaşının tamamına iki ay qalmış Tomas Helen peşəsindən ayrılıb.