Ağ ev Ukraynadakı olayları «dövlət çevrilişi saymır»
03 dekabr 2013 03:16 (UTC +04:00)

Ağ ev Ukraynadakı olayları «dövlət çevrilişi saymır»

Son günlər Kiyevdə baş verənlərə ABŞ prezidentinin mətbuat katibi Cey Karni jurnalistlər üçün brifinq keçirib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, deyib ki, Ağ ev Ukraynadakı etiraz aksiyaları fonunda olanlara «dövlət çevrilişinə cəhd kimi baxmır» və israrla vətəndaşların özünü ifadə azadlığı üçün rəsmi Kiyevi şərait yaratmağa çağırır.

 

O, noyabrın 30-da Kiyevdə «Avromeydan»da baş verən zorakılığın «qəbuledilməz» olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Ukraynanın baş naziri Nikolay Azarov xarici ölkə səfirləri ilə görüşdə müxalifətin «dövlət çevriliş etməyə hazırlaşdığını» söyləmişdi.

 

Rusiya prezidenti Vladimir Putin isə Ermənistanda səfərin zamanı Ukrayna meydanlarda baş verənlərə münasibət bildirərkən deyib: «Kiyevdəki inqilab deyil, talandır».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar