Ağ ev Obamanın Moskva səfərini hələ müzakirə edir
06 avqust 2013 07:19 (UTC +04:00)

Ağ ev Obamanın Moskva səfərini hələ müzakirə edir

Vaşinqton prezident Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşü keçirmək üçün Moskvaya getməsini dəyərləndirməkdədir.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, sentyabrda keçirilməsi nəzərdə tutulan görüş haqda Ağ Evin təmsilçisi Cey Karni belə açıqlama verib.

 

«Biz Moskva görüşünün məqsədəuyğunluğunu müzakirə etməkdəyik» - deyə, Karni bildirib.

 

Onun sözlərinə əsasən, yekun qərar «yaxın günlərdə» qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar