ABŞ: Bostondakı partlayışları kim törədib? - YENİLƏNİB
16 aprel 2013 03:42 (UTC +04:00)

ABŞ: Bostondakı partlayışları kim törədib? - YENİLƏNİB

ABŞ hakimiyyəti Boston marafonunda baş verən partlayışın təşkilatçıların hələlik tanımır.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda prezident Barak Obama açıqlama verib.

 

«Biz hələlik kimi və niyə bu partlayışı törətdiyini bilmirik. Əlimizdə bütün faktla olmadığından insanların olaylardan çıxarış etməsinə ehtiyac yoxdur. Biz baş verənlərin sonuna çıxacağıq» -deyə, Obama bəyan edib.

 

Onun sözlərinə görə, xüsusi xidmət orqanları ABŞ çeşidli bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirəcək.

 

Xatırladaq ki, Boston polisi marafon zamanı baş vermiş partlayışda hələ ki iki nəfərin öldüyünü, 23-ünün isə yaralandığını təsdiqləyib

 

Bundan başqa polis Con Kennedi adına prezident kitabxanasında da partlayış baş verdiyini bildirsə də, bir az sonra olayın yanğın olduğunu ehtimal edib.

***

03.25

ABŞ-ın gizli xidməti Vaşinqtonda Ağ ev ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi Bostonda hər il keçirilən marafon zamanı partlayışın baş verməsi göstərilib.

 

Xidmət təmsilçisi Ed Donovan belə tədbirlərin «sıradan bir» olduğunu bildirib.

 

Xüsusi xidmət orqanı Ağ evlə Kapitoliyanı birləşdirən yolu bağlayıb.  Gücləndirilmiş iş rejiminə Nyu-York polis də cəlb edilib.

 

Xatırladaq ki, Bostonda marafon yanaşı, Con Kennedi adına kitabxanada da üçüncü partlayış olub. 

# 2150
avatar

Oxşar yazılar

Zelenski onu işdən çıxardı

Zelenski onu işdən çıxardı

10 may 2024 , 04:45
Çörək sexində atışma: Ölən var

Çörək sexində atışma: Ölən var

10 may 2024 , 03:50
Fəlakət dalğaları: Tarixin ən dağıdıcı  10 SUNAMİSİ

Fəlakət dalğaları: Tarixin ən dağıdıcı 10 SUNAMİSİ

9 may 2024 , 20:15
Zorlanan qadının ailəsi cinayətkarın evini yandırdı

Zorlanan qadının ailəsi cinayətkarın evini yandırdı

9 may 2024 , 18:38
Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb

Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb

9 may 2024 , 18:25
Bu ölkədə yenidən doğulmaq  qadağan edildi - Məzəli rəsmi qərar

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

9 may 2024 , 16:48
30 ildir  axtarışda olan terrorçu tutuldu

30 ildir axtarışda olan terrorçu tutuldu

9 may 2024 , 16:05
Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

9 may 2024 , 13:13