Afrikada 125 milyon qadın «sünnət» edilib
24 iyul 2013 07:06 (UTC +04:00)

Afrikada 125 milyon qadın «sünnət» edilib

BMT-nin Uşaqlar Fondu, UNİSEF-in hazırladığı hesabata əsasən, Orta Şərq və Afrika ölkələrində hazırda 125 milyon «sünnət» edilmiş qadın yaşayır.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, üzərində bu, «əməliyyat» aparılmış qadınların sayı azalsa da, yaxın on ildə 30 milyonu belə zorakılıqla üz-üzə qalacağı istisna edilmir.

 

Zorakılıq azmış kimi həmin ölkələrdə qadınlar antisanitariya şəraitində «sünnət» edilir.

 

Hesabata əsasən, Keniya və Tanzaniyada bu 3 dəfə azalsa da, Somali, Qvineya və Cibuti kimi ölkələrin statistikalarında dəyişiklik olmayıb.

 

Hesabatda bildirilib ki, qadın «sünnəti» ağır qanama, uroloji problemlər, çeşidli yolxumalar, sonsuzluq, doğuş zamanı ölümlərə səbəb olur.

 

UNİSEF bunu «cinsi orqanın travması» adlandıraraq, onun dayandırılmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Oxşar yazılar