Afinadan qızıl külçə çıxaranda tutuldu
13 aprel 2013 06:43 (UTC +04:00)

Afinadan qızıl külçə çıxaranda tutuldu

Yunanıstan paytaxtı Afinanın hava limanında qızıl və gümüş külçəni, eləcə də nəqd halında 300 min avronu ölkədən qanunsuz çıxarmaq istəyən Almaniya vətəndaşı həbs olunub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Lufthansa»  hava şirkətinə məxsus təyyarə ilə Afinadan çıxmaq istəyən kişiyə məxsus baqajdan 7 kq qızıl, 425 kq gümüş külçə aşkarlanıb.

 

Yunanıstan polisi saxlanılan Almaniya vətəndaşının «çirklik pulların» yuyulması ilə məşğul olan cinayətkar qrupa daxil olması ilə bağlı məsələni araşdırır.

# 816
avatar

Oxşar yazılar