Federal Təhqiqat Bürosunun agentləri ilə Çexiya polisinin Praqada Vatslav Qavel adına beynəlxalq hava limanında keçirdiyi birgə əməliyyat nəticəsində ABŞ-da «adam oğurluğu və qurbanına ağır bədən xəsarəti yetir»məkdə ittiham olunan kişi tutulub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ABŞ hakimiyyəti Kaliforniyada tibbi məqsədlə marixuana satan ilə ixtisaslaşmış aptekdən oğurluq edən 4 kişiyə qarşı ittiham irləi sürüb. Onlar aptekin yiyəsini oğurlayaraq, ondan pul tələb edib, vəhşicəsinə döyərək, cinsiyyət orqanını kəsiblər.
Çexiya polisi bildirib ki, şübhəlilərdən biri Praqa hava limanından İspaniyaya uçmağa cəhd göstərərkən tutulub.
Asayiş keşikçilərinin sözlərinə əsasən, saxlanılan İran vətəndaşıdır: «Əcnəbi təcridxanaya yerləşdirilib. ABŞ-dan uyğun material göndərildikdən sonra onu Amerikaya təhvil verəcəyik».