ABŞ və Rusiya Suriya məsələsində razılığa gəldi
14 sentyabr 2013 15:57 (UTC +04:00)

ABŞ və Rusiya Suriya məsələsində razılığa gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriyanın kimyəvi silahı ilə bağlı Cenevrədə keçirilən danışıqlar başa çatıb.


 

«Bizim Kerri ilə görüşümüz əla keçib. Danışıqlar başa çatıb. Biz Kerri ilə birlikdə çox şey edə bilərik», - deyə S.Lavrov görüşdən sonra bildirib.

Qeyd edək ki, bu görüş iki gün öncə başlayıb. Sentyabrın 9-da isə Rusiya Suriya hakimiyyətinin sərəncamında olan kimyəvi silahın beynəlxalq nəzarətə verilməsini təklif edib. Bu təklifi rəsmi Dəməşq dəstəkləyib, eyni zamanda Avropa İttifaqı buna olduqca müsbət yanaşdığını açıqlayıb. BMT və Ağ Ev isə təşəbbüsü müzakirə etməyə hazır olduqlarını bildirib.

 

Rusiya və ABŞ xarici siyasət qurumlarının başçıları arasında keçirilən görüşün yekununda Suriyadakı kimyəvi silahın tezliklə məhv edilməsinə dair razılığa gəlinib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar