ABŞ-ın dövlət katibi Con Kerri və müdafiə naziri Çak Heygel rusiyalı həmkarları Sergey Lavrov və Sergey Şoyqu ilə bu həftənin cümə günü Vaşinqtonda «2+2» formatı çərçivəsində görüşəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Dövlət Departamentinin təmsilçisi Cennifer Psaki açıqlama verib.
«Con Kerri və Çak Heygelin rusiyalı həmkarları ilə cümə günü görüşəcəyini təsdiqləyirəm» -deyə, Psaki bildirib.
Görüşdə Suriya və İran ətrafında vəziyyət, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı problem, eləcə də Strateji Hücum Silahı müqaviləsini müzakirə edəcəkləri gözlənilir.
Onun sözlərinə əsasən, tərəflər qarşılıqlı və qlobal maraq doğuran məsələləri, o cümlədən «strateji sabitlik, siyasi və hərbi əməkdaşlı, eləcə də bölgə problemlərindən» danışacaqlar.