ABŞ və Rusiya diplomatları strateji stabillik məsələlərindən danışıblar
06 avqust 2013 02:11 (UTC +04:00)

ABŞ və Rusiya diplomatları strateji stabillik məsələlərindən danışıblar

0

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Brüsseldə  ABŞ dövlət katibinin baş müavini vəzifəsini icra edən Rouz Gettemüllerlə strateji stabilliklə bağlı məsələləri müzakirə edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, tərəflər strateji stabillik problemləri çərçivəsində Raket Hücumundan Müdafiə Sistem ilə daxil olmaqla tərksilah üzrə konfrans ətrafında vəziyyətin inkişafını, nüvə məsələsi ilə bağlı «5»-lik formatında Rusiya və ABŞ münasibətindən danışıblar.

 

Ryabkov və Gettemüller həm də silahlanma üzərində nəzarət və beynəlxalq təhlükəsizlik çərçivəsində Rusiya –Amerika  Prezident komissiyası işçi qrupunun həmsədrləridir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar