ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Bruneydə «2+2» formatın görüş keçirilib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, tərəflər bu formatda danışıqları bərpa etməklə bağlı razılığa gəliblər.
ABŞ prezidenti Barak Obama ilə Rusiyanın lideri Vladimir Putin arasında «Böyük -8»-lik çərçivəsində keçirilmiş görüşdə tərəflər ümumi və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmişdi.
Hər iki dövlətin xarici işlər və müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə bu yöndə davamlı məsləhətləşmələrin aparılıması ilə bağlı razılıq əldə edilib. «2+2» formatında görüşün iyulda keçiriləcəyi nəzərdə tutulub.