ABŞ-ın Suriyada həyata keçirəcəyi məhdud miqyaslı əməliyyat on milyonlarla dollara başa gələcək.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsində dinləmələr zamanı müdafiə naziri Çak Heygel söyləyib.
Çak Heygel Ərəb Dövlətləri Liqasının ABŞ-ın Suriyada hərbi əməliyyat zamanı xərclərin bir hissəsini üzərlərinə götürəcəyini bəyan etdiyini də xatırladıb. O, bununla bağlı təklifin artıq daxil olduğunu da nəzərə çatdırıb. Çak Heygel konkret ad çəkməsə də, söhbətin Səudiyyə Ərəbistanı və Qətər kimi körfəz dövlətlərindən getdiyi aydındır.