Suriyadakı rejimin kimyəvi silahdan istifadəsi ilə bağlı Rusiyanın BMT-yə təqdim etdiyi hesabatdakı göstəricilərə ABŞ şübhə ilə yanaşır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ABŞ-ın mətbuat katibi Cey Karni açıqlama verib.
«Suriyadakı hakimiyyətin nəzarətindən kənarda kimyəvi silahdan istifadə edilməsinə biz şübhə ilə yanaşırıq»-deyə, o, söyləyib.
Kimyəvi silahın göstəriciləri haqda ABŞ-ın Rusiyadan məlumat alması ilə bağlı sualı o, mənfi cavab verib.