ABŞ prokurorluğu Rusiyanın 4 və Ukraynanın bir vətəndaşına qarşı haker qrupu yaratmaq ittihamı irəli sürüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, prokurorluq bildirib ki, bu qrupun üzvləri 7 il ərzində ABŞ-ın və beynəlxalq iri şirkətlərinin kompüterlərindəki proqramları sınıdırıblar.
İstintaqın məlumatına əsasən, rusiyalı Vladimir Drinkman, Aleksandr Kalinin, Roman Kotov, Dmitrii Smilanets və ukraynalı Mixail Rıtikov qanunsuz yolla 160 milyondan çox bank kartlarının nömrələrini əldə edərək, onları satıblar.
Şirkətlərə və fiziki şəxslərə dəyən ziyan yüz milyonlarla dollar dəyərində olduğu bildirilib.