İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib.
“Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq”, - deyə o senatorlardan birinin müvafiq sualına cavabında bildirib.