Dövlət büdcəsində müdafiə xərcləri azalarsa, Pentaqon 135 min nəfəri ixtisar edə bilər. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin müdafiə naziri Çak Heygel bu haqda açıqlama verib.
«Hələlik qərar qəbul olunmayıb. Ancaq həqiqi hərbi xidmət sahəsində 70 min, ehtiyatdan isə 65 min hərbçi ixtisar edilə bilir»-deyə, Pentaqon başçısı bildirib.
Onun sözlərinə əsasən, ixtisarlar orduda on illərlə modernləşmədə durğunluq yaradar.
Ç.Heygel qeyd edib ki, 10 ilə təklif olunan 500 milyard dollar ixtisar edilərsə, o zaman hakimiyyət seçim qarşısında qalacaq – ya hərbçilərin sayını azaltmaq, ya da ordunun döyüş qabiliyyətini artırmaq. «Döyüş qabiliyyətinin artırılması seçilərsə, onda yeni «F-35» qırıcıları, sualtı qayıqlardakı raketlərin, kiber əməliyyatlar və xüsusi təyinatlıların modernləşdirilməsini layihələri xilas etmək mümkün olacaq» -deyə, nazir söyləyib.
Heygel bəyan edib ki, Hərbi Hava Qüvvələrinin 5 taktiki taqımı bağlana, «S-130» hərbi-nəqliyyat təyyarələri ixtisara oluna bilər.
2017-ci ilin maliyyə ilinin sonunda büdcə azalması ucbatından ABŞ-ın quru qoşunlarında 80 min nəfər ixtisar ediləcək. İxtisar yenidən təşkilatlanma ilə müşayiət olunacaq – 45 quru qoşunlarından 33 –ü qalacaq.