ABŞ prezidenti Barak Obama bütün dövlət idarələri və müəssisələrinə Misirə yardım proqramına yenidən baxmaları üçün göstəriş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bir müddət öncə Obama Misirdə gələcək fəaliyyəti haqda yenidən düşünməyi tapşırıb.
Senatın hüquqi komitəsinin sədri Patrik Lixi bildirib ki, ABŞ hər il Misirə etdiyi, 1, 5 milyard dollarlıq yardımı kəsməlidir.