ABŞ Misir sahillərinə hərbi donanma göndərir.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Dəniz Piyadası Korpusunun generalı Ceyms Amos “Kearsarge” və “San Antonio” desant gəmilərinin Misir sahillərinə istiqamət götürdüyünü açıqlayıb.
Sahil zonalarında qərar tutacaq bu gəmilər zəruri hallarda vertolyot və digər texnikadan istifadə etməni təmin edəcək. Cems Amos deyib ki, Misirdə böhran dərinləşir: “Belə hallar baş verən zaman biz situasiyaya nəzarət etmək üçün müəyyən addımlar atmalıyıq”.
Bununla belə, general ABŞ-ın hansı variantı nəzərdə tutduğunu açıqlamayıb.
Qeyd edək ki, paytaxt Qahirə daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində fasiləsiz aksiyalar keçirən “Müsəlman Qardaşları” Hərəkatı dünən bəyan edib ki, qarşıdakı 3 cümə ərzində Məhəmməd Mursini prezident kürsüsünə qaytarmağı planlaşdırırlar.