İtaliyanın Milan şəhərindəki ABŞ konsulluğunun binasında partlayıcı qurğunun yerləşdirildiyinə dair xəbərdən sonra diplomatik missiyanın əməkdaşları köçürülüb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, polis binada qurğu aşkarlanmayıb.
Məlumata əsasən, konsulluğun binasına bomba qoyulduğu haqda anonim məktub daxil olub. Təlimata görə belə hallarda əməkdaşlar köçürülür. Odur ki, ABŞ-ın Romadakı səfirliyi konsulluğa uyğun göstəriş verib.
Qeyd edək ki, Yaxın Şərqdə və Afrikanın Şimalında terror təhlükəsi ilə bağlı ABŞ 30 yaxın səfirlik və konsulluğuna xəbərdarlıq edib. Onların 19 –u artıq qapadılıb.