ABŞ dələduzluqda ittiham edilən Dumanın keçmiş deputat Aşot Yeqizaryanı Rusiyaya verməkdən imtina edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «İzvestiya» qəzeti yazıb ki, ona qarşı qiyabi hökmü çıxarılıb.
«ABŞ-ın Ədliyyə Nazirliyi Rusiya Liberal Demokrat Partiyasının Dumadakı fraksiyasının keçmiş deputatı Aşot Yeqizaryanı təhvil verməkdən imtina edib»- deyə, qəzet yazıb.
Dövlət Departamentinin təmsilçisi Puca Yuncunvala «ABŞ-ın ekstradisiya məsələsini şərh etmədiyini» bildirib.
Yeqizaryan 2010-cu ilin noyabrından federal, dekabrın sonundan isə beynəlxalq axtarışdadır.
Rusiya istintaq orqanları üç ehtimal olunan iştirakçı ilə birlikdə keçmiş erməni deputatı «Tsenturion Alyans» Səhmdar Cəmiyyətinin 1,57 milyard rublunu yalan yolu ilə mənimsəməkdə ittiham edir.
Dövlət duması 2011-ci ilin martında onun həbsinə razılıq verib.