ABŞ hərbçiləri ilə işləyən əfqan tutulub
09 iyul 2013 03:37 (UTC +04:00)

ABŞ hərbçiləri ilə işləyən əfqan tutulub

Əfqanıstan hakimiyyəti amerikalı tərcüməçini yerli əhaliyə işgəncə verməkdə və qətldə şübhəli bilərək, həbs edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Qəndəharda həbs olunan zaman ingilis dilindən puştuncaya tərcüməçi Zəkəriyyə Qəndəharidən 3 tapança, «noutbuk» və bir neçə komplekt saxta sənəd götürülüb.

 

Qəndəhari işlədiyi amerikalı özəl təyinatlılarla birlikdə 17 nəfərin itkin düşməsi ilə əlaqədar axtarışda olub.

 

ABŞ ordusu adamların İtkin düşməsində iştirakını rədd edib.

 

Mənbə bildirib ki, Qəndəhari ilə bağlı olay ABŞ hərbi qüvvələrinin Əfqanıstanda qalmasını çətinləşdirə bilər.

 

Təhlükəsizlik haqda Əfqanıstanla ABŞ arasında hazırlanmış sənədə əsasən amerikalı hərbçilər 2014-cü ilədək bu ölkədə qala bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar