Nyu-York ştatının təmsilçisi Nina Davuluri Amerika gözəli seçilib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “Miss Amerika” müsabiqəsinin finalı sentyabrın 15-də Atlantik-siti şəhərində keçirilib.
İlk dəfə Hindistan əsilli qız bu müsabiqənin qalibi olub. 24 yaşlı Nina Davuluri müsabiqədə klassik Bollivud rəqsi ifa edib. Gözəllik tacı ilə bərabər Nina Davuluri təhsil almaq üçün xərcləyə biləcəyi 50 min dollarlıq çek alıb. Nina Davuluri bildirib ki, gələcəkdə atası kimi həkim olmağı planlaşdırır.
Miss Amerika” müsabiqəsində ikinci yerin sahibi Kaliforniya ştatının Çin əsilli təmsilçisi Kristal Li, üçüncü yerin sahibi Oklahosa ştatının təmsilçisi Kelsi Qrisvold olub.
Qeyd edək ki, 87-ci dəfə keçirilən “Miss Amerika” müsabiqəsində ABŞ ştat və dairələrinin təmsil edən 53 gözəl mübarizə aparıb.