ABŞ generalı Gürcüstanın müdafiə akademiyasında olub
17 aprel 2013 04:47 (UTC +04:00)

ABŞ generalı Gürcüstanın müdafiə akademiyasında olub

ABŞ ordusu təhlükəsizlik qüvvələri komandanı, general-mayor Frenk Terner aprelin 16-da Gürcüstanda olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, bu səfər tanışlıq xarakteri daşıyıb.

 

Akademiyanın rəhbərliyi amerikalı qonağı tədris proqramı ilə tanış edib. Təqdimatdan sonra general-mayor akademiyanın infrastrukturuna baxış keçirib.

 

Frenk Terner «Krtsanisi» milli təlim mərkəzində gürcü hərbçilərinin sülhməramlı missiyaya hazırlığını izləyib.

 

# 351
avatar

Oxşar yazılar