ABŞ Əsədin kimyəvi silahdan istifadəsini müəyyənləşdirməyib
24 aprel 2013 07:14 (UTC +04:00)

ABŞ Əsədin kimyəvi silahdan istifadəsini müəyyənləşdirməyib

Suriyada müxalifət və Bəşar Əsəd rejiminin biri-birinə qarşı kimyəvi silahdan istifadə haqda ittihamı davam edir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu yöndə araşdırmanın davam etdirilməsini dəstəkləyən Ağ Evin təmsilçisi Cey Karni məsələ haqda dövlətinin son sözünü söyləməyib.

 

 

İsrail ilk dəfə açıq şəkildə Bəşar Əsəd rejiminin müxalifətə qarşı kimyəvi silahdan istifadə etdiyini söyləyib.

 

NATO-nun toplantısında çıxışı zamanı ABŞ-ın dövlət katibi Con Kerri isə  bildirib ki, alyans Suriyanın kimyəvi silah ehtiyatına və təhlküəyə cavab məsələsinə diqqət etməlidir.

 

İsrail kəşfiyyatının məlumatına əsasən, martın 19-da Bəşar Əsəd ordusunun kimyəvi silahdan istifadə etdiyini bildirmişdi. 

# 339
avatar

Oxşar yazılar