ABŞ Ermənistana xeyli hərbi sursat bağışlayıb
09 iyul 2013 18:02 (UTC +04:00)

ABŞ Ermənistana xeyli hərbi sursat bağışlayıb

Ermənistan xarici ölkələrin dəstəyi ilə mina təmizləmə mərkəzi yaratmaq istəyir


 

Ermənistan ölkə ərazisində humanitar mina təmizləmə əməliyyatlarını həyata keçirmək üçün xarici ölkələrin dəstəyi ilə mina təmizləmə mərkəzi yaratmaq niyyətindədir.

 

APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, artıq Ermənistan hökuməti bununla bağlı bir sıra xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edib. Hazırda Ermənistan Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı Qoşunlarının Komandanlığı (EUCOM) ilə Milli Minatəmizləmə Mərkəzinin avadanlıqlarla təchizatına yardım göstərilməsi istiqamətində müzakirələr aparır.

 

Ermənistan saytlarının məlumatına görə, ABŞ Ermənistana müxtəlif tip mina detektorları, qoruyucu geyim və xilasedici vasitələr bağışlayıb. Eyni zamanda İsveçin FSD, Böyük Britaniyanın «Halo Trust», Norveçin NPA, Danimarkanın Danish Demining Group kimi təşkilatlarla birgə müxtəlif layihələr həyata keçirilir.

 

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Ermənistan Müdafiə Nazirliyinin tərkibində humanitar minatəmizləmə mərkəzi yaradılıb. Lakin sonrakı illərdə mərkəz özünü doğrulda bilmədiyi üçün fəaliyyətini dayandırıb. Hazırda Ermənistanda minatəmizləmə əməliyyatları Müdafiə Nazirliyinin istehkamçıları, işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində isə Böyük Britaniyanın «Halo Trust» təşkilatı tərəfindən aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar