ABŞ dövlət katibinin həyat yoldaşının vəziyyəti ağırdır
08 iyul 2013 18:18 (UTC +04:00)

ABŞ dövlət katibinin həyat yoldaşının vəziyyəti ağırdır

ABŞ dövlət katibi Con Kerrinin həyat yoldaşı Tereza Haynts Kerri ağır vəziyyətdə Bostondakı xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 74 yaşlı Tereza Haynts Kerri Nantaketdə ailəsi ilə istirahət edərkən vəziyyəti pisləşib.

 

Tereza Haynts Kerrini xəstəxanaya onunla birlikdə istirahətdə olan Con Kerri yerləşdirib. Xəstəxana əməkdaşları Tereza Haynts Kerrinin xəstəliyi və durumu ilə bağlı açıqlama vermirlər.

 

Qeyd edək ki, Tereza Haynts Kerri sabiq senator Con Hayntsın həyat yoldaşı olub. Con Haynts 1991-ci ilin aprelində vertolyot qəzasında həyatını itirib. Con Kerri və Tereza Haynts Kerri 1995-ci ildə ailə qurub. Bu, onların hər ikisi üçün ikinci nikahdır. Tereza Haynts Kerri 2009-cu ilin dekabrında süd vəzisi xərçəngindən müalicə olunub.

 

Tereza Haynts Kerri ketçup istehsalı ilə dünyada məşhur olan “Haynts” şirkətinin varisidir. 2004-cü  ildə “Haynts” şirkətinin dəyəri 500 milyon dollar qiymətləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar