ABŞ :«İsrailin hərbi üstünlüyü qorunmalı, inkişaf etdirilməlidir»
23 aprel 2013 05:13 (UTC +04:00)

ABŞ :«İsrailin hərbi üstünlüyü qorunmalı, inkişaf etdirilməlidir»

ABŞ İsrailin Silahlı Qüvvələrinə yeni texnoloji raketlər və savaş təyyarələri verəcək.

 

Lent.az-ın «BBCTürkçə»-yə istinadən məlumatına görə, Pentaqonun başçısı Cek Heygel Qüdsü ziyarəti zamanı qonşuları ilə müqayisədə İsrailin hərbi üstünlüyünü  qoruyub, saxlayacağını bildirib.

 

Anlaşma ABŞ-ın İsrail, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı ilə imzalayacaq 10 milyard dollarlıq silah anlaşmasının bir hissi sayılır.

 

ABŞ-ın İsrailə verəcəyi silahlar arasında hava hücumundan müdafiə sistemlərini ələ keçirəcək, anti-radiasiya raketləri, savaş təyyarələri üçün rada sistemləri, «KC135» yanacaq dolduran və  «Osprey V22»  nəqliyyat təyyarələri də var.

 

Heygel deyib ki, prezident Barak Obama yalnız İsrailin hərbi üstünlüyünü qoruyub saxlamağı  deyil, bunu inkişaf etdirməyi söyləyib.

 

O, İrana qarşı bütün variantların masa üzərində olduğunu İsrailin müdafiə naziri Moşe Yalonla müzarikə etdiklərini bildirib.

 

ABŞ-ın müdafiə naziri İsraildən sonra İordaniya, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyinə də səfər edəcək. 

# 551
avatar

Oxşar yazılar