ABŞ : «Vensuelada səslər yenidən sayılmalıdır»
17 aprel 2013 21:03 (UTC +04:00)

ABŞ : «Vensuelada səslər yenidən sayılmalıdır»

ABŞ Venesuelada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, dövlət katibi Con Kerri bildirib ki, Ağ ev səslərin yenidən sayılmasında israrlıdır.

 

«Biz səslərin yenidən sayılmasının vacibliyini ehtimal edirik»-deyə, dövlət katibi konqresin beynəlxalq məsələlər üzrə komitəsindəki çıxışında söyləyib.

 

Qeyd edək ki, Mərkəzi Seçki komissiyası mərhum prezident Uqo Çavesin varisi Maduro Nikolası bu siyasi kampaniyanın qalibi elan edib. Onun rəqibi, müxalifət təmsilçisi Enrike Kaprilesdən 1,5 faizə yaxın çox səs topladığı elan olunub.

 

Xarırladaq ki, prezident seçkisində məğlub olduğu elan edilmiş müxalifət təmsilçisi Enrike Kapriles tərəfdarlarının aprelin 17-ə planlaşdırılmış etiraz aksiyasına çıxmamağa çağırmışdı.

 

O, bildirmişdi ki, rəqibləri yürüşçülərə qarışaraq, çeşidli qarışıqlıq yarada bilər.

 

Aprelin 16-da keçirilən etiraz aksiyaları zamanı ölkə üzrə azı 7 nəfər həlak olub, 61 nəfər yaralanıb, 135 nəfər isə polis tərəfindən tutulub.

 

Ötən gün Venesuelada baş verənlərdə ABŞ-ı suçlayan Maduro isə müxalifətin paytaxt Karakasdakı nümayişini qadağan edəcəyini bildirib:«Sərtlik göstərməyin vaxtı çatıb».

 

Səslərin yenidən sayılmasının tələb edən müxalifətin təmsilçisi, prezidentliyə keçmiş namizəd Kapriles isə deyib: «Mövcud böhranın yaxın saatlarda başa çatması üçün biz hakimiyyətlə danışıqlara hazırıq».

 

O, əlavə edib ki, Maduro ölkənin üzləşdiyi «problemin həlli ilə bağlı heç bir təkliflə» çıxış etməyib.

 

Mərkəzi Seçki Komissiyası isə səsləri yenidən saymayacağını bəyan edib. 

# 430
avatar

Oxşar yazılar