ABŞ-ın təhlükəsizlik naziri universitetdə işləyəcək
13 iyul 2013 05:19 (UTC +04:00)

ABŞ-ın təhlükəsizlik naziri universitetdə işləyəcək

ABŞ-ın milli təhlükəsizlik naziri Canet Napolitano istefa verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, bundan sonra o, Kaliforniya Universitetinin prezidenti olacaq.

 

«Amerikanın gələcək nəsil liderlərinin yetişdirilməsi üçün mən Kaliforniya Universitetinə prezidentlik edəcəyəm»-deyə, keçmiş nazir söyləyib.

 

4 ildən artıq bir müddət fəaliyyəti ilə bağlı hesabat verən, Canet Napolitano bildirib ki, bu illər ərzində nəqliyyat sistemində təhlükəsizlik daha çox təmin olunub, mühacirət xidməti və sərhədlərini qorunması işi daha geniş gerçəkləşdirilib, habelə kibertəhlükəsizlik problemi ilə bağlı sahədə iştirakımızı təmin edilib.

 

O, hökumətdə işə dəvət olunduğuna görə, prezident Barak Obamaya təşəkkürünü bildirib.

Kaliforniya Universiteti ABŞ-ın ən iri təhsil müəssisəsidir. Bir neçə ali təhsil müəssisəsi ona birləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar