ABŞ-ın birtərəfli fəaliyyəti ilə bağlı bəyanata daha 8 dövlət qoşulub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ ev açıqlama yayıb.
Bəyanata yeni qoşulanlar bunlardır: Gürcüstan, Qvatemala, Küvyet, Malta, Monteneqro (Çernoqoriya), Panama, Polşa və Portuqaliya.
Xatırladaq ki, ötən həftənin sonunda 11 dövlət Suriyada kimyəvi silah tətbiqinin məsuliyyətini Bəşar Əsəd rejiminin daşıdığını bildirməklə yanaşı, bu ölkəyə qarşı hərbi əməliyyatları başlayacağı halda ABŞ dəstəkləyəcəklərini bəyan etmişlər.
11 dövlətinin təmsilçisi Suriyada kimyəvi silah tətbiqi ilə bağlı bəyanat verərək, bildirib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) «iflic» vəziyyətdədir və kimyəvi silahdan istifadənin qadağan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tədbirlər görməsi vacibdir.
«Biz beynəlxalq ictimaiyyətin uzunmüddətli fəaliyyətinə, o cümlədən Suriyanın kimyəvi silah anbarının törətdiyi təhlükəyə cavab olaraq, BMT-nin qətnaməsinə sadiqik» - deyə, sənəddə vurğulanıb.
Bəyanatın mətnini imzalayanların tam siyahısı: Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Britaniya və ABŞ Albaniya, Xorvatiya, Danimarka, Estoniya, Almaniya, Honduras, Macarıstan, Latviya, Litva, Mərakeş, Qətər, Rumıniya və Birləşmiş Ərəb Əmirliyi Gürcüstan, Qvatemala, Küvyet, Malta, Monteneqro (Çernoqoriya), Panama, Polşa və Portuqaliya.
Beləliklə, ABŞ-ı dəstəkləyənlərin sayı 32-yə çatıb.