ABŞ-ın Suriya planını dəstəkləyənlərin sayı 24-ə çatıb
10 sentyabr 2013 05:36 (UTC +04:00)

ABŞ-ın Suriya planını dəstəkləyənlərin sayı 24-ə çatıb

ABŞ-ın birtərəfli fəaliyyəti ilə bağlı bəyanata daha 14 dövlət qoşulub.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ ev açıqlama yayıb.

 

Yeni qoşulan dövlətlər bunlardır: Albaniya, Xorvatiya, Danimarka, Estoniya, Almaniya, Honduras, Macarıstan, Latviya, Litva, Mərakeş, Qətər, Rumıniya və Birləşmiş Ərəb Əmirliyi.

 

 

Xatırladaq ki, ötən həftənin sonunda 11 dövlət Suriyada kimyəvi silah tətbiqinin məsuliyyətini Bəşar Əsəd rejiminin daşıdığını bildirməklə yanaşı, bu ölkəyə qarşı hərbi əməliyyatları başlayacağı halda ABŞ dəstəkləyəcəklərini bəyan etmişlər.

 

11 dövlətinin təmsilçisi Suriyada kimyəvi silah tətbiqi ilə bağlı bəyanat verərək, bildirib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) «iflic» vəziyyətdədir və kimyəvi silahdan istifadənin qadağan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tədbirlər görməsi vacibdir.

 

«Biz beynəlxalq ictimaiyyətin uzunmüddətli fəaliyyətinə, o cümlədən Suriyanın kimyəvi silah anbarının törətdiyi təhlükəyə cavab olaraq,  BMT-nin qətnaməsinə sadiqik» - deyə, sənəddə vurğulanıb.

 

Bəyanatın mətnini Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Britaniya və ABŞ təmsilçiləri imzalamışdılar.

 

Beləliklə, ABŞ-ı dəstəkləyənlərin sayı 24 çatıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar