ABŞ-ın Milli Arxivi keçmiş prezident Riçard Niksonun hakimiyyətinin son dövrünə aid telefon və şəxsi danışıqlarını çap edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun istefasına səbəb olmuş Uotergeyt qalmaqalının qızğın çağında, 1973-cü ildə məxfi yazı qeyd alınıb.
Ora Niksonun Ağ evdə Oval zalda keçmiş SSRİ-nin lideri Leonid Brejnevlə görüşü, habelə «bütün dünyaya sülh» adlandırdığı Çinlə münasibətlərin yaxşılaşdırılması ilə bağlı müzakirə də daxildir
Bütövlükdə 3 min saatlıq görüş və danışıqlar açıqlanıb. Daha 700 saat isə təhlükəsizlik və şəxsi həyat baxımından yayımlanmayıb.