ABŞ-ın HHQ naziri istefa verir
27 aprel 2013 07:11 (UTC +04:00)

ABŞ-ın HHQ naziri istefa verir

ABŞ Hərb Hava Qüvvələri (HHQ) naziri Maykl Donli bu il iyunun 21-də istefaya gedəcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda müdafiə naziri Çak Heygel məlumat verib.

 

«O, Hərbi Hava Qüvvələrinə asan olmayan dövrdə rəhbərlik edib. O, xidməti müddətində məsuliyyət, təşəbbüskarlıq və peşəkarlıq mədəniyyəti nümayiş etdirib»-deyə, müdafiə naziri vurğulayıb.

 

60 yaşlı Donli 200-ci ilin iyunundan Hərbi Hava Qüvvələrinə başçılıq edir. Nüvə  silahlarına nəzarətlə bağlı yaranmış qalmaqal zamanı o vaxtkı müdafiə naziri Robert Geyts onu bu vəzifəyə təyin etmişdi.

 

Donlinin bu vəzifədə olduğu müddətdə də Hərbi Hava Qüvvələri bir neçə dəfə diqqət mərkəzində olub. Onların arasında qadın-hərbçilərə qarşı cinsi təcavüzdə var. 

# 317
avatar

Oxşar yazılar