ABŞ-ın sanksiyasına məruz qalacaq «Maqnitsk siyahısı» - YENİLƏNİB
12 aprel 2013 23:39 (UTC +04:00)

ABŞ-ın sanksiyasına məruz qalacaq «Maqnitsk siyahısı» - YENİLƏNİB

 

ABŞ-ın sanksiyasına məruz qalacaq «Maqnitsk siyahısı»

ABŞ-ın  Maliyyə Nazirliyinin saytında «Maqnitsk siyahısı» yerləşdirilib.

Lent.az-ın «tvrain.ru»-ya istinadən məlumatına görə, ora rusiyalılarla yanaşı, Ukrayna, Azərbaycan, Özbəkistan və Çeçenistan vətəndaşlarının da adı var.

 Siyahının diqqətinizə çatdırırıq:

1)Leça Boqatıryov, 14 marta 1975 anadan olub;

 2) Aleksey Droqanov, 11 oktyabr, 1975,Vergi cinayətkarlığına qarşı mübarizə İdarəsinin əməkdaşı;

3) Kazbek Dukuzov,1974;

4)Pavel Karpov,27 avqust, 1977,Baş İstintaq idarəsiinin müstəntiqi;

5)Yelena Ximina 11 sentyabr,1953,Vergi müfəttişliyinin rəisi;

6)Dmitri Komnov,17 may,1977, «Matrosskaya tişina» təcridxanasına rəisi (istefadadır);

7)  Aleksey Krivoruçko, 26 avqust, 1977, Moskva, Tver rayon məhkəməsinin hakimi;

8) Artyom Kuznetsov, 28 fevral, 1975,vegi cinayətkarlığına qarşı mübarizə idarəsinin əməkdaşı (6-cı bölmənin rəis müavini);

9) Oleq Loqunov, 4 fevral, 1962, Baş Prokurorluğun hüquq idarəsinin rəisi, əvvəllər Daxili İşlər Nazirliyi İstintaq Komitəsinin rəis müavini;

10)Andrey Peçeqin, 24 sentyabr, 1965, Baş Prokurorluq, şöbə rəisi;

11) ) Sergey Podopriqorov, 8 yanvar, 1974,Tver rayon məhkəməsinin hakimi;

12) İvan Prokopenko, 28 sentyabr,1973,Maqnitskinin saxlanıldığı təcridxananın rəisi;

13) Oleq Silçenko, 25 iyun,1977, istintaq  qrupunun rəhbəri;

14) Elena Staşina, 5 noyabr,1963,Tver rayon məhkəməsinin hakimi;

15) Olqa Stepanova, 29 iyul, 1962, vergi idarəsinin rəisi;

16) Dmitriy Tolçinskiy, 11 may, 1982, vergi cinayətkarlığına qarşı mübarizə idarəsinin əməkdaşı;

17) Svetlana Uxnalyeva,14 mart, 1973,Tver rayon məhkəməsinin hakimi;

18) Natalya Vinoqradova, 19 iyun,1973, DİN İstintaq Komitəsi rəisinin müavini.

 

***

22.16

ABŞ-ın Maliyyə Nazirliyi «Maqnitsk siyahısına» daxil olan 18 Rusiya məmurunun adını açıqlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onların arasında Maqnitskin işini araşdıran  Rusiya Daxili İşlər Nazirliyinin müstəntiqi Oleq Silçenko və Natalya Vinqradovanın, eləcə də onun saxlanıldığı təcirdxananın rəisi İvan Prokpenkonun da  adı var. Siyahıda vergi, prokurorluq, məhkəmə orqanlarının və Daxili İşlər Nazirliyinin çeşidli vəzifəli şəxslərinin adları da yer alıb. 

****

22.04

Yaxın günlərdə prezident Obama adminstrasiyası konqresə Rusiyanın 18 vətəndaşının siyahısını təqdim edəcək.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Rusiyada insan haqlarının pozmaqda şübhəli bilinirlər.

 

Ağ ev rəsmi olaraq, adları siyahıya daxil ediləcək rusiyalı vəzifəlilərin sayını və adlarını açıqlamayıb.

 

Bununla belə mənbə bildirib ki, siyahıya hüquqçu Sergey Maqnitskinin qətlinə birbaşa bağlı olan 16 nəfərin və daha iki nəfərin adının daxil ediləcəyi gözlənilir.

 

«Maqnitsk qanunu»na uyğun olaraq, adları siyahıya daxil ediləcək rusiyalılar üçün ABŞ-a viza verilməyəcək, onlarla maliyyə əməkdaşlığına məhdudiyyət qoyulacaq.

 

Bu qanun ötən il qəbul olunub.

 

# 826
avatar

Oxşar yazılar