ABŞ-dan Misir ordusuna sərt XƏBƏRDARLIQ
12 iyul 2013 13:56 (UTC +04:00)

ABŞ-dan Misir ordusuna sərt XƏBƏRDARLIQ

Misirdə gərginlik davam edir.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ prezident Məhəmməd Mursini çevrilişlə hakimiyyətdən uzaqlaşdıran Misir ordusuna xəbərdarlıq edib.

ABŞ Müsəlman Qardaşları Hərəkatının liderləri və üzvlərinin həbsinə son qoyulmasını istəyir. Ağ Evin sözçüsü Jay Carney ordunun Misirin gələcəyini düşünərək, cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə alaraq hərəkət etməsinin zəruri olduğunu bildirib. O deyib ki, ordu keçid prosesi dönəmində bütün partiyalara eyni münasibət bəsləməli və qətliama yol verməməlidir. Jay Carney bu səbəbdən rəsmi Vaşinqtonun Misirdə aparılan həbslərə qarşı çıxdığını vurğulayıb. Sivil və demokratik yola seçilmiş hökumətin qurulması gərəkdiyini qeyd edən Jay Carneyin sözlərinə görə, əgər bir qrupun və partiyanın üzvləri həbs edilirsə, bu, həmin qüvvənin öz əleyhinə çalışması deməkdir.

Dövlət Departamenti də Misir ordusuna anoloji məzmunlu xəbərdarlıq edib və ordunun cəmiyyətin bütün təbəqələri arasında uzlaşdırıcı rol oynamağa çağırıb.

Bu arada Ramazanın ilk cümə günü olan bu gün Məhəmməd Mursini dəstəkləyən Müsəlman Qardaşları Hərəkatı və Məhəmməd Mursi əleyhdarları aksiyalar keçirəcəklər. Ədəviyyə meydanında aksiyaları davam etdirən Müsəlman Qardaşları Hərəkatı bu gün Məhəmməd Mursi tərəfdarlarını böyük aksiyaya çağırıb. Məhəmməd Mursi tərəfdarlarının aksiyasına Qahirədən kənardakı şəhərlərdən də aksiyaçıların qatılması gözlənilir. Məhəmməd Mursi əleyhdarları isə Təhrir meydanına toplaşmağa hazırlaşır.

Misirdə zorakılıq olayları da davam etməkdədir. İsmaliliyə şəhərində naməlum şəxslərin polis avtomobilini atəşə tutması nəticəsində 1 polis əməkdaşı ölüb, 1 polis əməkdaşı da yaralanıb. Sina şəhərində də 1 polis əməkdaşı öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313
avatar

Oxşar yazılar