ABŞ-da silahlı azı 3 nəfəri girov götürüb
14 avqust 2013 02:16 (UTC +04:00)

ABŞ-da silahlı azı 3 nəfəri girov götürüb

0

Avqustun 13-də ABŞ-ın Luiziana ştatında silahlı kişi bankda azı 3 nəfəri girov götürüb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay əyalətin Sent-Cosef şəhərində baş verib. Polisin məlumatına əsasən, girov götürən kişinin üzərində avtomat silah var. Girovların bankın işçiləri olduğu ehtimal edilir.

 

Olay zamanı bankda müştərilərin olması məlum deyil.

 

Hadisə yerinə polis və Federal Təhqiqat Bürosunun əməkdaşları gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar