ABŞ-da güclü partlayış
25 aprel 2013 10:24 (UTC +04:00)

ABŞ-da güclü partlayış

Aprelin 24-də axşam saatlarında ABŞ-ın Alabama ştatının Mobil şəhərindəki limanda üçüncü və dördüncü yanacaq anbarlarında partlayış baş verib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış o qədər güclü olub ki, limandan bir neçə kilometr kənarda da hiss edilib.

 

Mobil şəhərinin mərkəzində evlərin pəncərələrinin şüşələri sınıb. Hadisə yerinə Sahil Mühafizə Xidmətinin bölmələri göndərilib. Yanğın çox güclü olduğu üçün onu söndürməməyə qərar verilib. Hazırda olayın səbəbləri və xəsarət alanların say dəqiqləşdirilir. Ən azı 3 nəfərin yaralandığı bildirilir.

# 895
avatar

Oxşar yazılar