«Medicare» dələduzluq sistemində iştirak etdiyi üçün erməniyə iki il iş kəsilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda «Glendale News-Press» məlumat yayıb.
ABŞ-ın Qlendeyl şəhərinin sakini 33 yaşlı Gevrok Baginyan səhiyyə ilə bağlı dələduzluq sistemində ona qarşı irəli sürülən 10 maddə üzrə suçunu etiraf edib.
ABŞ prokuroru bildirib ki, erməni 132848 dollarlı saxta ərizələr təqdim edib.
O, saxta klinikalar adına şəxsi göstəricilərinin oğurladığı yaşlı həkimin adına lazımsız tibbi prosedurlar üçün hesablar açsa da, həmin hesablara heç vaxt pul keçirməyib.