Abdullah Güldən Misirə sürpriz təbrik
25 iyul 2013 06:45 (UTC +04:00)

Abdullah Güldən Misirə sürpriz təbrik

Türkiyə prezidenti Abdullah Gül Misirin müvəqqəti prezidenti Ədli Mənsuru ölkəsinin Milli günü münasibəti ilə təbrik edib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, təbrik Xarici İŞlər Nazirliyi vasitəsi ilə göndərilib.

 

Bu bayram 1952-ci il iyulun 23-dən bəri hər il qeyd edilir.

 

Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərhində bildirib ki, Ədli Mənsura göndərilən məktubda Misir xalqının bayramı təbrik edilib və bu «hər il göndərilən ənənəvi bir müraciətdir».

 

Qurum Türkiyə hakimiyyətinin Misirdəki yeni idarəçiləri tanımadığı və seçilmiş prezident Məhəmməd Mursinin vəzifəsinə qaytarılmasını dəstəklədiyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Oxşar yazılar