AB Suriya müxalifətindən neft alacaq
23 aprel 2013 04:18 (UTC +04:00)

AB Suriya müxalifətindən neft alacaq

Avropa Birliyinə (AB) üzv dövlətlər Suriyaya tətbiq etdiyi xam neft embarqosunu müxalifətlə sövdələşmə ilə əvəzləyəcəkləri haqda anlaşıb.

 

Lent.az-ın «BBCTürkçə»-yə istinadən məlumatına görə, birliyə üzv dövlətlərin xarici işlər nazirləri bu qərarı «Suriyadakı mülki əhaliyə yardım etmək məqsədi ilə» qəbul etdiklərini bildiriblər.

 

Avropa şirkətləri bundan sonra müxalifətin nəzarəti altında olan bölgələrdə hasil olunan xam nefti atın alacaqlar.

 

Satın alınacaq «qara qızıl»la bağlı anlaşmalar müxalifət birliyi, Milli Şura tərəfindən təsdiqlənəcək.

 

Xatırladaq ki, Suriya neftinə qarşı sanksiya 2011-ci ilin sentyabrında tətbiq edilib.

 

Vətəndaş savaşınadək Suriyada dövlət gəlirinin 25 faizini neftin payına düşürdü.

 

Bu xam neftin 95 faizini isə Avropa Birliyinə üzv dövlətlərin idxal edirdi. 

# 425
avatar

Oxşar yazılar